Poroşenko NATO ölkələri ilə birbaşa silah təchizatı barədə razılığa gəldi

8 Sentyabr 2014 20:06 (UTC+04:00)
Ukrayna prezidenti Pyotr Poroşenko NATO ölkələri ilə birbaşa silah təchizatı barədə razılığa gəlib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Ukrayna prezidentinin rəsmi saytında belə deyilir.

"Bir sıra NATO ölkələri ilə müasir silah-sursat təchizatı barədə razılıq əldə etmək mümkün olub. Özümüzə güvənsək də , maliyyə və hərbi yardım bizim üçün çox əhəmiyyətlidir. Və biz bu yardımı alacayıq", - məlumatda qeyd edilir.

AzNews.az