Abşeronda neft quyusu yandı

8 Sentyabr 2014 21:30 (UTC+04:00)
Abşeron rayonunda neft quyusunun ətrafında 10 kv.m sahədə neft məhsullarının qalıqları yanıb.


AzNews,az FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdan keçən qaz boru kəmərləri yanğından mühafizə olunub.

Yanğın saat 20:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az