İŞİD lideri qardaşının ölüm hökmünü verdi

9 Sentyabr 2014 07:33 (UTC+04:00)

Axar.az xəbər verir ki, "World News Daily Report" saytının yaydığı məlumata görə, Bağdadi xristianlığı qəbul edən qardaşı Məhəmməd əl Bağdadi haqqında ölüm hökmü verib.

Əbu Bəkrin təşkilat üzvlərinə, "Artıq o mənim qardaşım deyil. Hər gün öldürdüyümüz amerikalı donuzlardan fərqi yoxdur" deyərək, qardaşının öldürülməsini əmr edib.

Bağdadi qardaşlarının 2003-cü ildə bir-birilərindən ayrıldığı, Əbu Bəkrin Bağdad Universitetində İslam Elmləri fakültəsində oxuduğu, Məhəmmədin isə ABŞ-ın Texas ştatında neft mühəndisi işlədiyi bildirilib.

Cim Stern adlı Yaxın Şərq mütəxəssisi bildirib ki, ABŞ həyat tərzini seçən Məhəmməd əl Bağdadi Federal Təhqiqat Bürosu tərəfindən qorunur.

AzNews.az