Milyarderlərin təyyarələri - FOTOLAR

9 Sentyabr 2014 12:15 (UTC+04:00)


Virtualaz.org xəbər verir ki, Azərbaycandan da bir sıra zənginlərin qatıldığı bu sərgidə özəl təyyarələr istehsal edən şirkətlər təmsil olunub.

"Forbes" jurnalı isə bu sərgidən çıxış edərək milyarderlər və onların "uçan sarayları" barədə qalereya hazırlayıb. Orada deyilir ki, milyarderlər yerdə olduğu kimi göydə də başqalarından seçilməyə can atırlar.

Bu səbəbdən onların təyyarələri bir-birindən ölçülərinə, qanadlarının eninə və rənginə görə fərqlənir.

Doğrudur, milyarderlərin təyyarələrini "Jet Expo" sərgisində görmək mümkün deyil, ancaq onlar Moskvanın VİP qonaqların qəbulu üçün nəzərdə tutulmuş "Vnukovo-3" aeroportunda tez-tez yerə enirlər.

Oliqarxların şəxsi təyyarələrinin dizaynı ilə məşğul olan Fransa şirkəti "Happy Design"in sahibi Didye Volf deyir ki, bir təyyarənin fyüzelyajının rəsmi və onun həmin rəsmə uyğun rənglənməsi 300 min avrodur.



Bu işləri görüb başa çatdırmaq üçün 2-3 ay vaxt lazım olur. Həmçinin qiymət təyyarənin vəziyyətindən, səthinin ölçülərindən və dizaynın mürəkkəbliyindən asılıdır.

"Özəl təyyarələrin əksəriyyəti bir qayda olaraq minimal fantaziya ilə rənglənib. Onlar əsasən ağ rəngdədir və darıxdırıcıdır, fərdilik yoxdur. Doğrudur, bu təyyarələr yaxşı uçurlar, salonları da rahatdır, ancaq xarici görkəmləri heç nə" - deyə Didye Volf bildirir.

Lakin elə milyarderlər də var ki, onlar öz laynerlərinin xarici görkəmi orijinal dizayna malikdir.

Məsələn, özbəkəsilli rusiyalı milyarder Əlişir Usmanov. Onun nəhənf "Airbus A340" təyyarəsi dərhal nəzərə çarpır. Təyyarə zəngin dizayna malikdir, milyarder təyyarənin üstündə böyük bürüncü hərflərlə atasının şərəfinə "Bourkhan" yazdırıb (Burhan onun atasının adıdır).


Əlişir Usmanovun təyyarəsi

Təyyarənin qeydiyyat nömrəsi də orijinaldır - M-İABU. Orada milyarderin adı, atasının adı və familiyası gizlənir (İABU - Mən-Əlişir Burhanoviç Usmanov sözlərinin baş hərflərindən ibarətdir).

M isə təyyarənin qeydiyyatda olduğu Men adasını göstərir.Belə ki, zənginlər şəxsi təyyarələrini əsasən Men adasında qeydiyyatdan keçirirlər. Çünki orada qeydiyyat sadədir, zəruri uçuş sənədləri almaq asandır.

Rusiyalı bankir, "Tinkoff kreditnıe sistemi" bankının sahibi Oleq Tinkov da şəxsi təyyarəsinə orijinal ad seçənlərdəndir. Onun "Falcon 2000" təyyarəsinin qeydiyyat nömrəsi M-TİNK şəklindədir. Burada M hərfi Men adasını, TİNK isə bankirin familiyasını göstərir.


Tinkov bunda uçur...

Ancaq təyyarə elə də orijinal dizayna malik deyil, ağ rəngdə boyanıb, üzərində dalğavari sarı zolaq çəkilib.

"AST Telman" kimi tanınan Telman İsmayılovun "Falcon 900" təyyarəsi isə ayrı aləmdir.


"AST Telman"ın qızılı "Falcon"u...

Hazırda borc içində batan yəhudi əsilli azərbaycanlı milyarder onu işlərinin yağ kimi getdiyi vaxtlarda sifariş edib.

Təyyarənin fyüzelyajı bütünlüklə qızıl suyu ilə rənglənib və günəş şüaları altında qızıl kimi bərq vurur.

"Russkiy standart" holdinqinin sahibi Rüstəm Tariko isə "Boeing-737-7BC BBJ" tipli təyyarəsinə mürəkkəb ornamentlərlə bəzədib və məşhur "Russkiy standart" arağının butulkasını xatırladan rənglə rənglədib.


"Russkiy standart" arağı kimi təyyarə...

Yəhudi əsilli digər milyarder Roman Abramoviçin "Boeing-767-33A/ER" təyyarəsi isə rənginə görə elə də orijinal deyil. Ancaq təyyarənin illüminatorları günəş eynəkləri kimi tünd qara rəngdədir. Dizaynerlər bunu "bandit stili" adlandırırlar.


Romanın uçan sarayı...

"Sistema" maliyyə korporasiyasının direktoru Vladimir Yevtuşenkovun "Boeing-737-700 BBJ" təyyarəsi də ağ rəngdədir və darıxdırıcı xarici görkəmə malikdir.


"Sistema" şefinin "Boeing"i

Lakin məşhur aktyor və prodüser Cek Çanın "Legacy 650" təyyarəsini bir dəfə görən heç vaxt yaddan çıxarmaz.

Təyyarənin quyrugundan burununa qədər qırımızı-sarı əjdaha uzanır, qeydiyyat nömrəsi isə "Jackie"dir, yəni aktyorun adından götürülüb.


Cek Çanın qanadlı "Əjdaha"sı...

Məşhur amerikalı tikinti maqnatı Donald Tramp isə alt hissəsi ağ, qalan hissəsi tünd qara "Boeing-757"də uçur.

Təyyarənin üstündə böyük hərflərlə "TRUMP" yazılıb. Quyruğunun üstündə isə nəhəng "T" hərfi həkk olunub.

AzNews.az