Əhməd Davudoğlunun Azərbaycana səfərinin vaxtı açıqlandı

9 Sentyabr 2014 12:49 (UTC+04:00)


Türkiyənin Baş naziri Əhməd Davudoğlu sentyabrın 19-20-də Azərbaycanda səfərdə olacaq. Bu barədə Trend çərşənbə axşamı TRT-yə istinadən məlumat verir.

Ə.Davudoğlu Bakıya səfər etməzdən öncə sentyabrın 16-da Şimali Kipr Türk Cümhuriyyətində olacaq.

AzNews.az