“KamAZ“la “VAZ-2107“ toqquşdu - sürücü öldü

9 Sentyabr 2014 13:28 (UTC+04:00)


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 8-də saat 11 radələrində Ağcabədi rayonundakı Ü.Hacıbəyli prospektində Füzuli rayon sakini Cəsarət Fərəcovun idarə etdiyi "KamAZ" və Ağdam rayon sakini Cəlal Abbasovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "VAZ-2107"ən sürücüsü C.Abbasov hadisə yerində ölüb.

Faktla əlaqədar Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az