Bakıda sərnişin avtobusu iki nəfəri vurdu

9 Sentyabr 2014 15:15 (UTC+04:00)


Binəqədi rayon Polis Polis İdarəsi 4-cü polis polis bölməsindən Anspress-ə verilən məlumata görə, Binəqədi rayonu ərazisində, şadlıq evlərinin birinin qarşısında 133 saylı sərnişin avtobusu iki nəfəri vurub. Xəsarət alan yaralılar Kliniki Tibbi Mrəkəzə aparılıblar.

"Çinar Trans" MMC-dən Anspress-ə verilən məlumata görə, hadisədə sürücünün heç bir günahı olmayıb. Piyadalar ehtiyatsız davranaraq avtobusun qarşısına çıxıblar.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.


AzNews.az