Yığmamızın Portuqaliya sınağı

9 Sentyabr 2014 16:00 (UTC+04:00)


Apasport.az saytının məlumatına görə, 8-ci qrupda mübarizə aparan Azərbaycan millisi də son qarşılaşmasını keçirəcək.

Son matçını səfərdə oynayacaq komandamız keçirdiyi bütün oyunlarda qalib gəlib, 1-ci yeri təmin edən Portuqaliya millisinin qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Bernard Lippertin yetirmələri görüşdə 1 xal qazansa, onda qrupda 4-cü olacaq. Məğlub olduğu təqdirdə isə komandamızın sonuncu olmaması ilə nəticələnə bilər. Bunun üçün daha tez başlayan qarşılaşmada Makedoniya qalib gəlməməlidir. Balkanlılar isə 2-ci olan İsrailin qonağı olacaq.

AzNews.az