Bakıda qətl törədilib

10 Sentyabr 2014 08:48 (UTC+04:00)


Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 9-da saat 16:30 radələrində paytaxtın Bəhruz Nuriyev küçəsində baş verib.Naməlum şəxs bıçaqla Bakı şəhər sakini Cəfər Teymurova xəsarət yetirib. O, aldığı xəsarətdən xəstəxanada ölüb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Şahnamiq Hüseynov Nizami Rayon Polis İdarəsinin 24-cü bolis bölməsinin əməkdaşları tərəfindən yaxalanıb.


AzNews.az