Bir gündə 45 cinayət
14 Sentyabr 2012 12:17 (UTC+04:00)
AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 13 sentyabrda respublikanın daxili işlər orqanları tərəfindən 45 cinayət faktı qeydə alınıb, onların da 20-i "isti izlər"lə açılıb.
Bildirilir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Ölkənin avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 24 nəfər tutulub.
AzNews.az