Gəncə şəhər sakini bıçaqlanıb

10 Sentyabr 2014 10:22 (UTC+04:00)



Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin "Avtozavod" qəsəbəsində qeydə alınıb. Şəhər sakini, 34 yaşlı Tural Qurbanov şəxsi münasibətlər zəminində, 46 yaşlı Natiq Quliyevi bıçaqlayıb. Xəsarət alan N. Quliyev Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib və onun vəziyyətinin orta- ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

AzNews.az