Prezident Serbiya xarici işlər nazirini qəbul edib

10 Sentyabr 2014 13:10 (UTC+04:00)


Dövlətimizin başçısı Azərbaycan ilə Serbiya arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğunu vurğuladı. Prezident İlham Əliyev Serbiyanın Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin Azərbaycana bu səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

Xarici işlər naziri kimi Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Serbiyanın Baş nazirinin müavini və Xarici işlər naziri İvitsa Daçiç dost ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha yüksək səviyyəyə qaldırılması üçün qarşılıqlı istəyin olduğunu qeyd etdi. Nazir ölkəsinin Azərbaycan ilə əlaqələri siyasi və iqtisadi sahələrdəki kimi, mədəni, humanitar və digər sahələrdə də inkişaf etdirməkdə maraqlı olduğunu dedi.

AzNews.az