Vəhhabilərin ən güclü qanadı məhv edildi - 45 ölü

10 Sentyabr 2014 13:48 (UTC+04:00)


Axar.az xəbər verir ki, "Əhrarur Şam" terror qruplaşmasının liderləri Suriyanın Ram-Həmdan kəndində yerləşən qərargahında partladılaraq havaya sovrulublar. Partlayış nəticəsində vəhhabi terrorçulardan 45 nəfər ölüb, çoxlu sayda təşkilat üzvü yaralanıb.

Hadisə nəticəsində təşkilatın aparıcı qüvvələri - Həsən Abbud, Əbu Yazan və arvadı Şamı, Əbu Talha, Əbu Talha əl-Ğabi, Əbu Abdulməlik (İslam Cəbhəsinin başçısı), Əbu Eymən Hamavi, Əbu Eymən Ram Hamdan, Əbu Sariya və başqaları öldüyü aydınlaşıb. Hücumun kimlər tərəfindən həyata keçirildiyi bilinmir.

"Əhrarur Şam" qruplaşması Suriyada "İslam Cəbhəsi"nin bir qanadıdır.


AzNews.az