Ukraynalı jurnalistin dəhşətli müharibə təəssüratları
10 Sentyabr 2014 14:33 (UTC+04:00)
Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, o, bir həftə rusların mühasirəsində olduqlarını və çoxlu sayda insanın həlak olduğunu bildirib.
Jurnalist döyüşləri özü izlədiyini deyib: "Mən ukraynalı əsgərlərlə bir həftə səngərdə güllə və raket yağışı altında qaldım. Rusiyalı əsgərlər açıq hədəf olan ukraynalı əsgərləri güllələməkdə idi, biz artıq yaşamaq ümidimizi tam itirmişdik, yemək, su, ehtiyatı bitmiş, yaralı əsgərlərimiz gözümüzün önündə həlak olurdu. Onlara heç bir kömək edə bilmirdik və bu çox dəhşətli bir səhnə idi. Daha sonra bizə bildirildi ki, Putin bizim mühasirədən çıxmağımız üçün dəhliz yaradılmasına icazə verib. Mən güllə keçirməyən maşınla hərəkət edirdim, biz bir müddət irəlilədikdən sonra yolun kənarında olan iri çaplı silahlardan kolonumuz atəşə tutulmağa başladı, onlar sanki tir oyunu oynayırdılar. Açıq hədəfdə olan bizim maşınlar bütün istiqamətlərdən atəşə tutuldu.
Qeyd etdiyim kimi mən güllə keçirməyən avtomobildə olduğuma görə sağ qala bildim. Bizlə birgə mühasirədən çıxan çoxlu sayda əsgər isə həmin hadisə zamanı həyatını itirdi".
AzNews.az