YAP-Müsavat -AXCP "Səfərov müzakirəsi" aparacaq

14 Sentyabr 2012 12:56 (UTC+04:00)


Bu gün YAP-ın qərargahında Avropa Parlamentinin Ramil Səfərovla bağlı qəbul etdiyi qətnaməyə etiraz olaraq tədbir keçiriləcək.

APA-nın xəbərinə görə, tədbirə Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar dəvət olunub. Müsavat Partiyası və AXCP də dəvət olunan partiyalar sıraasındadır. Tədbirdə Avropa Parlamentinin Ramil Səfərovla bağlı qəbul etdiyi qətnaməyə etiraz olaraq bəyanat qəbul olunacağı gözlənilir.

Müsavat başqanının müavini Gülağa Aslanlı APA-ya tədbirə dəvət aldıqlarını deyib. Başqan müavini bildirib ki, hazırda tədbirdə qəbul olunacaq qətnamə layihəsini gözləyirlər. Onunla tanış olandan sonra tədbirdə iştirak edib-etməmək barədə qərar verəcəklər.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə tədbirə dəvət almadıqlarını deyib.

AzNews.az