Eldəniz Quliyev bu gün həbs oluna bilər – Təcili məhkəmə
10 Sentyabr 2014 15:21 (UTC+04:00)
Bu barədə AzNews.az-a açıqlama verən E.Quliyevin sözlərinə görə, ona bu gün polis şöbəsindən zəng olunub və məhkəməyə dəvət edilib: "Mənə polisdən zəng ediblər və bu gün (sentyabrın 10-da) saat 17:30-da Nəsimi rayon məhkəməsinə çağırıblar. Məhkəmədə həbs qətimkan tədbiri məsələsinə baxılacaq".
Xatırladaq ki, Quliyev avqustun 20-də öz facebook səhifəsində yol polisinin əməllərini tənqid edib. DİN rəhbəri bunda bütünlükdə polisə qarşı təhqir və böhtan görərək, polisin şərəf və ləyaqətinin müdafiəsi haqqında iddia qaldırıb. Sentyabrın 8-də məhkəmə linqvistik ekspertiza təyin edib.
Bahar Rüstəmli
AzNews.az