Obama kömək istəyir- VİDEO

10 Sentyabr 2014 16:14 (UTC+04:00)
ABŞ prezidenti Barak Obama İŞİD terrorçu təşkilatını məhv etmək üçüq Konqresdən razılıq almağa hazırlaşır.

ANS TV-nin məlumatına görə, ABŞ prezidenti Barak Obama ölkəsinin İraqda silahlı qruplaşmaya qarşı mübarizə strategiyasını açıqlayacağı ərəfədə həm demokratlar, həm də respublikaçılar partiyasından olan Konqres liderləri ilə görüşüb.

Ağ Evin mətbuat katibi Coş Ernestin açıqlamasına görə, Obama qanunvericilərdən terorçularla mübarizə strategiyasının həyata keçirilməsi üçün dəstək istəyib. Lakin Ağ Evin açıqlamasında Obamanın İraq və Suriyada fəaliyyət göstərən silahlılara hərbi müdaxilə üçün rəsmi icazə istəyib-istəmədiyi barədə məlumat verilmir.

Qeyd edək ki, ABŞ İraqda terrorçu qüvvələrin mövqelərinə aviazərbələr endirir. Bu əməliyyat İraq hökumətinin xahişi ilə lakin ABŞ Konqresinin rəsmi icazəsi olmadan həyata keçirilir. Barak Obamanın təyin edəcəyi missiyanın daha genişmiqyaslı ola biləcəyi və Suriyanı da əhatə edəcəyi gözlənilir.



AzNews.az