Məhəmməd Əli “Azadlıq medalı” aldı
14 Sentyabr 2012 13:10 (UTC+04:00)
Boksun yaşayan əfsanəsi Məhəmməd Əli "Azadlıq medalı" aldı. 1981-ci ildən boksdan ayrılan Əli tədbirə qızı və həyat yoldaşı ilə qatılıb.
Tədbirə güclə gələn köməkçilərinin yardımı ilə hərəkət edən əfsanənin özü danışmayıb. O insan haqları, dini azadlıq və insani köməkləri səbəbi ilə medala layiq görülüb.
Xatırladaq ki Əlidən əvvəl köhnə Cənubi Afrika dövlət başçısı Nelson Mandela və Cimmy Carter "azadlıq medalı"-nı alıblar.
Səadət Abbaslı
AzNews.az