Pensiyalarla bağlı yenilik- VİDEO

10 Sentyabr 2014 18:02 (UTC+04:00)
Dövlət Sosial Müdafiə Fondu ölkədə pensiyaların artımı ilə bağlı yeni metodların tətbiqinə hazırlaşır.

ANS TV-nin məlumatına görə, yeni sistem tətbiq olunduğu halda pensiyaların artırılması baza hissəsi əsasında deyil, sosial sığorta haqları hesabına həyata keçiriləcək. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev yeniliyin pensiya ilə bağlı islahatlarda öz əksini tapdığını bildirdi.

Elman Mehdiyevin sözlərinə görə, bu gündən sonra pensiya artımları yalnız sığorta prinsipləri əsasında reallaşdırılmalıdır.

"Yəni birtərəfli qaydada pensiyaların artımı üçün dövlət büdcəsindən vəsaitlərin ayrılması deyil, sosial sığorta haqları şəklində vəsaitlərin yığılması, fərdi hesablara toplanan pensiya kapitalların artırılması nəticəsində vətəndaşların pensiya məbləğlərinin sığorta əsasında hesablanması qaydasında artırılması bizim gündəliyimizdə durur", deyə Elman Mehdiyev bildiridb.



AzNews.az