Poroşenko: “Donbasın xüsusi statusu ayrılmaq anlamına gəlməyəcək...”

10 Sentyabr 2014 18:22 (UTC+04:00)
Ukrayna parlamenti gələn həftə Donetsk və Luqansk ərazilərinin bir hissəsinin xüsusi statusu haqda qanun layihəsinə baxacaq. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə prezident Petro Poroşenko bəyan edib.

"Mən xahiş edərdim ki, bu qanun layihəsi dəstəklənsin. Və xahiş edərdim ki, biz heç bir halda Minsk prosesini pozmayaq. Ukraynanın qanun layihəsi Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında müvəqqəti özünü idarə haqqındadır və bu regionların Ukraynanın tərkibində dəqiq statusunu nəzərdə tutur. Minsk protokolunda heç bir "DXR" və ""LXR" xatırladılmır", - deyə prezident sənədə aydınlıq gətirərkən bildirib.

"Protokol Donbasın bütün ərazisində, o cümlədən hazırda yaraqlıların nəzarətində olan ərazilərdə Ukraynanın suverenliyinin bərpası və qorunmasını nəzərdə tutur. Bu ərazi də Ukraynanın hüquqi müstəvisinə qayıdacaq" - əlavə edib prezident.(Musavat.com)