Ukraynada rus hərbçilər tutuldu

10 Sentyabr 2014 19:49 (UTC+04:00)
Ukraynanın şərqində orduya məxsus hərbi təyyarələri vuran iki Rusiya hərbçisi saxlanılıb.

ANS PRESS-in məlumatına görə, bunu Kiyevdə keçirilən brifinqdə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lisenko deyib.

"Terrorçularla mübarizə üzrə operativ tədbirlərin keçirilməsi zamanı "Luqansk-1" batalyonunun döyüşçüləri Rusiya Federasiyasının silahlı qüvvələrinin iki hərbi qulluqçusunu saxlayıblar. Onlar Ukraynanın Silahlı qüvvələrinin aviasiyasına qarşı daşınabilən zenit-raket komplekslərindən istifadə edilməsində şübhəli bilinən şəxslərdir", - deyə Lısenko bildirib.

Xatırladaq ki, Donbassda ordu ilə separatçılar arasında gedən döyüşlərdə bir neçə Ukrayna qırıcısı vurulmuşdu.

Qeyd edək ki, sentyabrın 5-də Minskdə münaqişə tərəfləri Ukraynanın şərqində atəşkəsin elan edilməsi barədə razılığa gəliblər.

AzNews.az