Aİ Rusiyaya qarşı sanksiyalara dair razılığa gələ bilməyib

10 Sentyabr 2014 21:23 (UTC+04:00)
Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə dair razılığa gələ bilməyiblər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, müzakirələr sentyabrın 11-də davam etdiriləcək.

Almaniyanın təkidinə baxmayaraq, bir sıra ölkələr Ukraynadakı atəşkəs rejimini əsas gətirərək sanksiyalara qarşı çıxıblar.

AzNews.az