Türkiyə İŞİD əleyhinə koalisiyaya qoşulur

10 Sentyabr 2014 21:26 (UTC+04:00)
Türkiyə İŞİD terrorçuları əleyhinə koalisiyaya qoşulmaq niyyətindədir. Musavat.com-un Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, müvafiq qərar Türkiyənin baş naziri Əhməd Davudoğlunun ordu və kəşfiyyat nümayəndələri ilə keçirdiyi görüşün yekununda qəbul edilib.

Hökumət toplantısı ABŞ prezidenti Barak Obamanın İŞİD-lə mübarizə strategiyası haqda Konqresdə bugünkü çıxışı ilə eyni vaxtda keçirilib.

Terror qruplaşmasına qarşı koalisiya NATO-nun son Uels sammitində formalaşdırılıb. Bununla belə, hökumətdəki mənbə bildirib ki, rəsmi Ankaranın koalisiyada iştirakı məhdud olacaq. Səbəb terrorçuların Mosulda girov götürdükləri 49 türk diplomatının taleyi ilə bağlıdır.

AzNews.az