“26 hərbçi əsirlikdən azad olundu” - Poroşenko (Foto)

11 Sentyabr 2014 08:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Poroşenko öz twitter hesabında yazıb: "Mənə xəbər verdilər ki, 6 əsir Qorlovkada saxlanılanlar hərbçilər arasından, 20 əsir isə Donetskdən azad edilib".

Lakin, Ukrayna prezidenti əsir hərbçilərin hansı şərtlərlə və hansı vəziyyətdə azad edilmələrinə aydınlıq gətirməyib. Digər bir yazısında isə Poroşenko bütün əsirlərin azad ediləcəyini vurğulayıb: "Biz hər bir ukraynalıya görə, mübarizə aparacağıq və bütün vətəndaşlarımızı azad edəcəyik".

Xatırladaq ki, Ukraynada atəşkəsin elan olunmasına dair 5 avqustda Minskdə imzalanan protokolda əsirlərin dəyişdirilməsi maddəsi də yer alır.


Aydan Axundova