Malayziyanın baş naziri Azərbaycana gəlir

11 Sentyabr 2014 09:53 (UTC+04:00)



APA-nın "The Rakyat Post" saytına istinadən verdiyi xəbərə görə, baş nazirin rəsmi səfəri bu gün başlayacaq.

Səfər çərçivəsində baş nazirin Azərbaycan rəsmiləri ilə görüşü nəzərdə tutulur.

Görüşlərin yekununda iki ölkə arasında iqtisadi, elmi və texniki sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı Memorandumun imzalanacağı gözlənilir.

Baş nazir sentyabrın 12-də Malayziyanın Azərbaycandakı səfirliyinin binasının açılışında da iştirak edəcək.


AzNews.az