Vəkili İlham Mirzəyevdən niyə imtina etdi? – SƏBƏB
11 Sentyabr 2014 12:21 (UTC+04:00)
O, bunun səbəbini bir ay müddətində Azərbaycanda olmayacağı ilə əlaqələndirib: "Mən bir ay burda olmayacağam. Hələ ki, onun hüquqlarını Xanlar Babazadə qoruyacaq. Mən məhkəmə ilə bağladığım müqaviləni pozmadım. Əlavə məhkəmə ilə müqavilə bağlamaq lazım idi. Mən də əlavə müqaviləni bağlamadım".
A.Məmmədov onu da bildirib ki, Azərbaycana qayıdanda sonra ona İlham Mirzəyevin işi ilə bağlı təklif gələrsə, bunu mütləq dəyərləndirər.
Vəkil bu gün Mirzəyevin cinayət işində ittiham aktının mətbuata yer almasına da münasibət bildirib:: "Gərək jurnalistlər İlham Mirzəyevlə bağlı olan ittiham aktını mətbuata açıqlamayaydılar. Bu, düzgün olmadı. Orada bir neçə şəxsin də hüquqları pozulub".
Bahar Rüstəmli
AzNews.az