Din xadimlərimizin yeni formaları - VİDEO

11 Sentyabr 2014 14:18 (UTC+04:00)
Qafqaz müsəlmanları İdarəsi, möminlər üçün təşkil olunan təkmilləşmə kurslarını bitirənlərə vahid geyim formalarını təqdim etdi.

ANS TV-nin məlumatına görə, kostyum, ağ köynək və papaqdan ibarət olan geyim formasının elementləri Tatarıstanda və İranda hazırlanıb.

QMİ sədrinin müavini Sabir Həsənli bildirdiki elə paltarlar forması seçilib ki, din xadimləri bunu hər yerə geyinə bilərlər.

Geyimlər hər bir din adamının bədən ölçüsünə uyğun hazırlanıb. Azərbaycanın bütün bölgələrindən olan din xadimlərinə təqdim edilən geyimlər, məshəblər arasında dini ayrı seçkiliyin aradan qaldırılması baxımından da müsbət addımdır. Daha sonra vahid formalar sahiblərinə təqdim olundu.

İmam Məhəmməd Əhmədovun sözlərinə görə, hər bir ruhani öz geyimilə seçilməlidir. Azərbaycanda şiə və sünni kimi bir seçimin olmadığını deyən imam kurslarda onların bir-birinə mehriban münasibətdə olduğunu vurğuladı.

Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil olunan hazırlıq kursları isə artıq 3-cü dəfə sentyabrın 15-dən sonra start götürəcək. Bu günə kimi 100 nəfər din xadimi kursları uğurla bitirib. Ölkə başçısı İlham Əliyevin dəstəyi ilə hazırlanan geyimlər isə hələ ki, hazırlıq kurslarını bitirən dindarlara təqdim edildi.



AzNews.az