5 milyon gmail istifadəçisinin şifrələri oğurlandı - ŞOK

11 Sentyabr 2014 14:33 (UTC+04:00)


AzNews.az xəbər verir ki, oğurlanan məlumatlar "Bitcoin Security" adlı saytda yerləşdirilib.

Google rəsmiləri bütün Gmail istifadçilərinə tədbir məqsədilə şifrələrini dəyişməyi məsləhət görüb.

Rusiyanın texnologiya saytı - "C-News" məlumat verib ki, oğurlanan istifadəçi adları və şifrələri ilk olaraq çərşənbə axşamı "Bitcoin Security" saytında yerləşdirilib. Lakin təhlükəsizlik sistemində problemin yarandığını heç kim bilməyib.

Bir qədər sonra istifadəçilərdən biri bu siyahını Reddit adlı saytda yerləşdirdikdən sonra işin üstü açılıb – Google hakerlərin əməliyyatını başa düşüb.

Qeyd edək ki, oğurlanan şifrələrin böyük əksəriyyətinin İngiltərə, Rusiya və İspaniyaya aid olduğu açıqlanıb.

AzNews.az