İŞİD Kərkükdə 20 nəfəri oğurladı

11 Sentyabr 2014 17:48 (UTC+04:00)
İŞİD terror qruplaşmasının yaraqlıları İraqın şimalındakı kəndin 20 sakinini girov götürüblər. Musavat.com xəbər verir ki, bu barədə "Frans press" İraq təhlükəsizlik orqanlarındakı mənbələrə və şahidlərə istinadən məlumat verib.

Məlumata görə, Kərkük əyalətində oğurlananlar terrorçulara qarşı müqavimət göstərmək üçün dəstələr yaratmaq istəyənlər olub.

Qeyd edək ki, ötən həftə qruplaşma üzvləri eyni əyalətin başqa bir kəndindən İŞİD mövqeyi və bayrağı yandırıldığı üçün 50 nəfəri oğurlamışdılar. Lakin sonra onların hamısı buraxılmışdı.

AzNews.az