Səid Nuri gecəyə qədər ölkədən çıxarılacaq

11 Sentyabr 2014 19:16 (UTC+04:00)
Azərbaycanlı mühacir, ABŞ vətəndaşı Səid Nuri Azərbaycandan çıxarıldığını bildirir.

AzNews.az AzadlıqRadiosuna istinadən xəbər verir ki, bu haqda o, özünün "facebook" səhifəsində yazıb.

Səid Nuri növbəti statusunda yazır ki, artıq o, hava limanındadır və 7 nəfər onu müşayiət edir. Onun ölkədən çıxması üçün gecəyarısına kimi vaxt qoyulub.

Səid Nurinin telefonlarına zəng çatmadığından əlavə məlumat almaq mümkün olmayıb. Onun vəkili Yalçın İmanov da məsələdən xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, Səid Nuri Azərbaycanda səfərdə idi. O, vaideynlərini görmək üçün Bakıya gəlmişdi.

AzNews.az