“Boko Haram” qruplaşması əksər şəhər və kəndləri ələ keçirib

12 Sentyabr 2014 06:59 (UTC+04:00)

APA-nın "İTAR TASS"a istinadən verdiyi xəbərə görə, Borno ştatında artıq 15-dək şəhər terrorçuların nəzarətinə keçib. Bundan əlavə, silahlılar qonşu Kamerun ilə sərhəd boyu böyük ərazini ələ keçiriblər. "Boko Haram" qruplaşmasının əsas bazaları "Sambisa" meşə massivində və Mandara dağlıq rayonunda yerləşir.

Ələ keçirdikləri ərazilərdə terrorçular zorakılıq yolu ilə öz qaydalarını tətbiq edirlər, kütləvi edamlar törədirlər. Borno ştatında elektrik enerjisinin verilişi dayandırılıb, iqtisadi aktivlik tamam dayanıb.

Hərbi ekspertlər ordunun silahlıların hücumunun qarşısını almaqda aciz olduğunu bildirirlər.

Hazırda terrorçular Borno ştatının inzibati mərkəzi olan Mayduuquri şəhərini mühasirəyə alaraq hücuma keçməyə hazırlaşırlar.

Qeyd edək ki, avqustun 24-də "Boko Haram"ın lideri Əbubəkr Şekai Quoza şəhərində "İslam Dövləti"nin yaradıldığını elan edərək "əmirin sarayında hökumət" formalaşdırıblar.

AzNews.az