“Oazis“də yoxlamalar başladı

12 Sentyabr 2014 08:32 (UTC+04:00)

"Müdir burda yoxdur" deyən, mühafizəçilərdən biri administratorlara danışmağı məsləhət bildi.

Restoranın administratoru dedi ki, rəhbərliyin qəti təlimatı olduğu üçün heç bir informasiya verə bilməyəcək. Söhbət əsnasında o dedi ki, dava barədə hər şey dəfələrlə yazıldığı üçün yeni heç nə söyləməyəcək: "Guya demişik ki, arvadının yaxasını bağla. Elə şey ola bilməz. Ondan başqa şəkili də var. Onun yoldaşı ağ paltarda, yaxası bağlı idi. Onun öz sinəsi açıq idi. Başqa masalardan şikayət gəldi deyə, bizim işçilər yaxınlaşıb deyib ki, yaxanı bağla. O da əvəzində söyüş söyüb, ofisiantı vurub. Hadisə bu cür olub".

Həmsöhbətimiz onu da bildirdi ki, bu cür hadisələr hər bir restoranda baş verə bilər.
"Oazis"dən onu da öyrəndik ki, restoranın həbs edilən əməkdaşlarının buraxılması xəbəri doğru deyil. Rəsmi barışığın isə hələ tam olmadığını, bu barədə dəqiq informasiyanı yalnız rəhbərliyin icazəsindən sonra verə biləcəklərini söylədilər.

Məlum hadisədən sonra restorana gələn müştərilərin sayında fərq olub-olmamasına gəlincə isə administrator dedi ki, müştərilərin sayı azalmayıb:

"Bizim öz müştərilərimiz var. Hamısı da əvvəlki qaydasında gəlib-gedir. İndi də gördüyünüz kimi, ailələr öz istirahətləri üçün gəlib, yeyib-içirlər".

Qeyd edək ki, biz restoranda olarkən, saat 19:00 radələrində müştəri sayı heç də çox deyildi. Təqribən 3 masa tutulmuşdu.

"Oazis"də restoranda yoxlama olmasını da təsdiqlədilər. Amma dediklərinə görə, bu yoxlamanın son hadisələrlə heç bir əlaqəsi yoxdur.

Həmin hadisənin iştirakçılarından olan bir nəfər isə bu barədə danışmaq istəmədiklərini və barışığın olduğunu söylədi. Onun sözlərinə görə, vəkilləri bu barədə danışmağa icazə vermir.

Sonda onu da qeyd edək ki, restoran sahibi artıq problemin həll olunduğunu, qarşı tərəfin barışıq təklifinə müsbət cavab verdiyini bildirib.

Musavat.com