Obama orduya əmr verdi: İŞİD liderlərini öldürün

12 Sentyabr 2014 09:05 (UTC+04:00)


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Washington Post"-a danışan dövlət səlahiyyətliləri siyahının başında İŞİD lideri Əbu Bəkir Əl-Bağdadinin olduğunu söyləyirlər.

Xatırladaq ki, ötən həftə prezident Barak Obama İŞİD-lə bağlı mübarizə strategiyasını açıqlamış və əməliyyatların Suriyaya qədər uzanacağını bildirmişdi. Prezidentin bu mövzuda lazimi qədər səlahiyyətə sahib olduğunu deməsi isə konqresin sərt reaksiyasına səbəb olmuşdu.

Nərmin


AzNews.az