Tikinti şirkətinin sədrinə cinayət işi açıldı
12 Sentyabr 2014 14:18 (UTC+04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, araşdırmalar zamanı MTK sədrinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək paytaxtın Yasamal rayonu ərazisində inşa edilmiş yaşayış binasında əvvəl satılmış mənzili təkrarən başqa şəxsə satmaqla 31.000 manat məbləğində özgənin pul vəsaitini ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
AzNews.az