Separatçılar hava limanını ələ keçirməyə cəhd etdi

13 Sentyabr 2014 09:42 (UTC+04:00)


Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, separatçılar dünən gecə Donetsk beynəlxalq hava limanına hücum edərək, oranı ələ keçirməyə cəhd ediblər.

Yerli jurnalistlərin verdiyi xəbərə görə, separatçılar hava limanının "Qrad" qurğularından atəşə tutur və bu saatlara qədər ərazidə tüstü müşahidə olunur.

Separatçılar hava limanına daxil olaraq 6 təyyarəni ələ keçirdiklərini bildirsə də, Ukraya ordusu bunu inkar edərək, hava limanının hazırda onların tam nəzarəti altında olduğunu bildirib.

AzNews.az