“İbrahimbəyov bir neçə təkliflə çıxış edəcək” – Cəmil Həsənli

13 Sentyabr 2014 12:00 (UTC+04:00)


Bunu AzNews.az-a Milli Şuranın sədri Cəmil Həsənli deyib. Onun sözlərinə görə, İbrahimovun gələcək fəaliyyətlə bağlı bir sıra təklifləri var və bu təkliflər sabah müzakirə olunacaq: "Mən Rüstəm müəllimlə dünən telefonla danışdım, bəzi məsələləri müzakirə etdik. Amma bu gün bir də onunla telefonla danışacam. Sessiyada müzakirə olunacaq bəzi məsələlər var ki, onlar aramızda həll olunmalıdır. Onun bir sıra təklifləri var. Onlar müzakirə olunacaq". Cəmil Həsənli təkliflərin nədən ibarət olduğunu açıqlamaq istəməyib: "Təklifləri çoxdur. Amma mən onu mətbuata deyil, sessiya iştirakçılarına açıqlayacam".

Bahar Rüstəmli
AzNews.az