34 alman tankı Ukraynaya yeridildi - FOTO

13 Sentyabr 2014 20:19 (UTC+04:00)
NATO hərbi təlimlərə hazırlaşır


"Вести.Ру"nun xəbərində deyilir ki, zirehli texnika Polşa- Ukrayna sərhəddini keçib. Agentlik bəzi bloqçulara istinadən bildirir ki, sonra 34 ədəd "Liopard" markalı alman tankları Ukraynanın şərqinə doğru hərəkət edib. Həmin tankları Livovda video-lentə alıblar. Ancaq tank karvanının dəqiq haraya getməsi haqqında əsaslı bilgilər yoxdur.

Rusiya agentliyi xatırladı ki, sentyabrın 15-də Ukraynada NATO-nun hərbi təlimləri keçiriləcək. Həmin tədbirdə 15 ölkənin iştirak edəcəyi gözlənilir.

Rusiya mediası narahatlıqla bildirir ki, ağır texnika hərbi təlimlərin keçiriləcəyi yerdən xeyli fərqli istiqamətdə irəliləyib.


Xəbərdə o da vurğulanır ki, əvvəl də hərbi texnikanın səhv yola burulması faktı qeydə alınıb. Belə ki, NATO-nun helekopterləri Latviya ilə Polşa arasındakı ərazidə yerləşən kiçik polyak kəndinin üzərindən uçublar. Bundan qorxuya düşən kənd sakinləri şok yaşayıb.

Rusiya Xarici İşlər Nazirliyi əvvəl qeyd etmişdi ki, Ukraynada NATO təlimlərinin keçirilməsi Minsk danışıqlarında əldə olunmuş nəticələri şübhə altına ala bilər. (Musavat.com)