Ermənilər mövqelərimizi atəşə tutmaqda davam edir

15 Sentyabr 2014 07:27 (UTC+04:00)

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Novruzlu, Sarıcalı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az