Havalar kəskin dəyişəcək

15 Sentyabr 2014 11:52 (UTC+04:00)


Sentyabrın 17-19-da ötən günlərlə müqayisədə havanın temperatur tədricən 5-8 dərəcə enəcək. Əsas hava dəyişikliyi sentyabrın 17-də müşahidə ediləcək. Sentyabrın 18-də günorta saatlarında havanın temperaturu Bakıda 20-24 dərəcə isti olacaq. Paytaxtda yağış yağacağı ehtimalı var.

Sentyabrın 16-sı axşamdan Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq, sentyabrın II ongünlüyünün sonuna kimi hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, bəzi rayonlarda, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların leysan xarakterli, intensiv olacağı gözlənilir. Proses qərb küləyinin güclənməsi ilə müşayiət olunacaq.

Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcəyədək enəcək.


AzNews.az