Bakıda orta məktəb ləğv edildi

15 Sentyabr 2014 13:00 (UTC+04:00)


Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirib ki, rasionallaşdırma tədbirləri çərçivəsində Təhsil Nazirliyinin müvafiq əmrlərinə əsasən, Bakı şəhərindəki 189 və 190 nömrəli, 5 və 292 nömrəli tam orta məktəblər birləşdirilib, 88 nömrəli tam orta məktəb isə ləğv olunub.

Respublikanın digər şəhər və rayonlarında rasionallaşdırma tədbirlərinin həyata keçirilməsi üçün müvafiq hazırlıq işləri aparılmaqdadır.

AzNews.az