Zakir Qaralov prokuroru işdən çıxardı - ƏMR

15 Sentyabr 2014 13:32 (UTC+04:00)

AzNews.az xəbər verir ki, o, imzaladığı əmrlə Nərimanov rayon prokuroru Fikrət Ağa oğlu Mahmudovu işdən azad edib.

F.Mahmudovun sərəncama götürüldüyü bildirilir.

Nərimanov Rayon Prokurorluğundan xəbəri qismən təsdiq ediblər: "Sabah hər şey dəqiq bilinəcək".

Qeyd edək ki, o bu vəzifəyə 2010-cu ildə təyin edilib.

AzNews.az