“YouTube”dan YENİLİK- istifadəçilər videolara internetsiz baxa biləcək

15 Sentyabr 2014 15:23 (UTC+04:00)

Google sahibi olduğu məşhur video platforması "YouTube" qarşıdakı həftələrdə istifadəçilərinə böyük bir jest edəcək.

Onlar artıq videoları internetə bağlı olmadıqlarından belə izləyə biləcək. İlk etapda Hindistanda tətbiqə qoyulacaq olan "YouTube"un yeni xüsusiyyətinin Googlun ən ucuz telefonu "Android One"ın ölkədə satışa təqdim olunmasının ardından gəlməsi isə diqqətlərdən qaçmadı.

"YouTube"un əməkdaşlarından olan Ceasar Sengupta, mövzuyla əlaqədar etdiyi şərhdə bir neçə həftə içində YouTube videolarının offline olaraq da izlənə biləcəyini, videoları həm telefona, həm də planşet və ya kompüterə yüklənə biləcəyini qeyd edib.

"YouTube"da yerləşdirilən reklamalrın offline rejimdə necə görünəcəyi barədə dəqiq məlumat verilməyib.


AzNews.az