Bakı küçələrində gərgin vəziyyət – “Avtoşlar”çün fürsət yaranıb

15 Sentyabr 2014 15:49 (UTC+04:00)


Bu barədə AzNews.az-a gecə işləyən taksi sürücüləri məlumat verib. Onların sözlərinə görə, paytaxt küçələrində avtomobillərin sayı azalan kimi "avtoşlar" fəaliyyətə başlayırlar. Yal Polisləri isə onlara çox vaxt göz yumur. Buna səbəb isə Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında işlər üzrə qərarların icra şöbəsinin rəisi, mayor Malik İbrahimovun məzuniyyətə göndərilməsidir. Çünki Bakı şəhərində barəsində həddindən artıq yüksək məbləğdə cərimə yazılaraq avtoxuliqanlıq maddəsilə məhkəməyə göndərilən sürücülərin sənədlərinə şəxsən Malik İbrahimov özü nəzarət edir. Onun gecələr reydə çıxması və sakinlərin narahatlığına səbəb olan sürücülərə qarşı sərt davranması da verilən informasiyalardandır. Bir sözlə, Bakı küçələrindəki "avtoxuliqanlara" yalnız M.İbrahimov nəzarət etdiyindən və hazırda onun iş başında olmamasından avtoxuliqanlar üçün əsl fürsət yaranıb. Belə çıxır, M.İbrahimov məzuniyyətdən qayıdana kimi paytaxt küçələrində gərgin vəziyyət davam edəcək.

Gültəkin Ələsgər
AzNews.az