Fransada pilotlar tətil edir

15 Sentyabr 2014 18:19 (UTC+04:00)
Fransa hava yollarına ("Air France") məxsus təyyarələrin pilotları sentyabrın 15-də tətil elan ediblər. Tətil nəticəsində sərnişindaşıma iflic vəziyyətinə düşüb. Ölkə daxilində hərəkət edən hava laynerlərinin uçuşlarının 48, bəzi yerlərdə isə 60 faizi ləğv olunub.

Ölkənin ən böyük şəhərlərindən olan Tuluzda uçuşların 80, Marseldə, Lionda və Nisdə 70 faizi, Bordoda isə yarısı təxirə salınıb. Minlərlə sərnişin hava limanlarında qalıb.

Hava yolları şirkətinin rəhbərliyi ilə tətil edən pilotların həmkarlar təşkilatının danışıqları nəticəsiz qalıb.

Pilotlar əmək haqlarının artırılması, uçuş şəraitinin yaxşılaşdırılması və digər tələbləri yerinə yetirilməyincə tətili sentyabrın 22-dək davam etdirməkdə israrlı olduqlarını bəyan ediblər.

AzərTAC