Avtomobil piyadanı vuraraq öldürdü- Şəkidə
15 Sentyabr 2014 20:34 (UTC+04:00)
Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki-Qax yolunun, Şəki rayonu Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində  qeydə alınıb.
 
1979-cu il təvəllüdlü, Zaqatala rayon sakini Elməddin Abakər oğlu Qacayev idarə etdiyi "Merсedes Vito" markalı,  62 BH 850 dövlət nömrə nişanlı mikroavtobusla  Şəki şəhəri istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən piyada 1977-ci il təvəllüdlü,  Şəki rayonu Aşağı Göynük kənd sakini 1977-ci il təvəllüdlü Faiq Hüseyn oğlu Tahirovu vurub.
 
Faiq Tahirov aldığı ağır bədən xəsarətlərindən elə hadisə yerində ölüb. Faktla bağlı Şəki şəhər-rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.
AzNews.az