BMT Təhlükəsizlik Şurası Ebola ilə bağlı toplaşır

15 Sentyabr 2014 22:26 (UTC+04:00)
ABŞ BMT Təhlükısizlik Şurasının Ebola virusu ilə bağlı növbədənkənar iclasını çağırır. Musavat.com xəbər verir ki, məlumatı "Associated Press" yayıb.

Diplomatlardan biri bildirib ki, ABŞ səfiri Samanta Pauer iclasın sentyabrın 18-də keçirilməsini planlaşdırır. Diplomat onu da deyib ki, bu, Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizlik, səhiyyə sahəsi ilə bağlı sayca ikinci fövqəladə toplantıdır

İlk iclas AİDS pandemiyası ilə bağlı keçirilmişdi.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Ebola 2400 nəfərin həyatına son qoyub.

AzNews.az