Qasırğa Honkonqda həyatı iflic edib

16 Sentyabr 2014 07:20 (UTC+04:00)


APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərdə şiddətli yağış və saatda 166 kilometr sürətlə əsən külək tüğyan edir.

Hava şəraiti ilə əlaqədar dövlət idarələri, banklar və məktəblər bağlanıb, Honkonq fond birjasında hərraclar keçirilmir. Beynəlxalq hava limanında onlarla uçuş ləğv edilib və yaxud təxirə salınıb.

Yüksək dalğalar ucbatından Makao və Çin istiqamətində bərə yolu bağlanıb. Bundan əvvəl, "Kalmeci" qasırğası Filippin üzərindən keçərək daşqınlar törədib, 5 adamın həyatına son qoyub.


AzNews.az