15 sentyabrda məktəblərin açılışı olacaq

14 Sentyabr 2012 22:03 (UTC+04:00)
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən 19 mədəniyyət müəssisənin təmiri və yenidənqurulması planlaşdırılıb.

Proqrama əsasən G.Şaroyev adına 35 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmiri ilə yanaşı bir və iki mərtəbəli binaların birləşdirilərək yeni yüksək səviyyəli məktəb infrasturukturunun inşası artıq başa çatıb. 15 sentyabrda yeni tədris ilinə tam hazır olan məktəbin açılış mərasimi keçiriləcək.

Proqram çərçivəsində Sahil qəsəbəsində yerləşən daha 2 mədəniyyət müəsisəsində təmir işləri başa çatıb. 17 sentyabrda 28 saylı Uşaq Musiqi Məktəbinin və 5 saylı Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçiriləcək.

Bahar
AzNews.az