Bakıda musiqi günü keçiriləcək

17 Sentyabr 2014 08:14 (UTC+04:00)


Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətidnən AzNews.az-a verilən məlumata görə, Üzeyir Musiqi Günü münasibətilə respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər təşkil olunacaq.

Qeyd edək ki, həmin günü Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2014-cüil 18-28 sentyabr tarixlərində Bakıda Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivalda Rusiya, Belarus, Belçika, Litva, Latviya, Hollandiya, Avstraliyadan 55 nəfər tanınmış musiqiçi və kollektivlər iştirak edəcək. Festival çərçivəsində musiqisevərlər üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında V.A.Mosartın "Fiqaronun toyu" operasının premyerası nümayiş olunacaq.

Azərbaycan Dövlət Filarmoniyasında görkəmli Azərbaycan bəstəkarı Süleyman Ələsgərovun 90 illiyinə həsr olunmuş yubiley konsert təqdim olunacaq. Festival proqramında Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə "Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində" adlı elmi-praktik konfrans, "Trio-klassik" ansamblının konsertivə Muğam Ensiklopediyasının təqdimat mərasimi də keçirilməsi nəzərdə tutulub.

Bahar
AzNews.az