“Türkiyəni terrora dəstək verən ölkə kimi göstərmək...” - Ərdoğan

17 Sentyabr 2014 11:53 (UTC+04:00)
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Türkiyəni psixoloji təzyiqlərə məruz qalmayacaq qədər böyük ölkə adlandırıb. O, qeyd edib ki, bu səbəbdən də Türkiyəni terrora dəstək verən ölkə kimi göstərmək axmaqlıqdır.

Dövlət başçısı həmçinin İŞID tərəfindən girov saxlanılan diplomatlara da diqqət çəkərək bildirib ki, 49 insanın həyatının hər şeydən önəmlidir: "Odur ki, Türkiyəni terrora göz yuman ölkə kimi tanıtmaq ədəbsizlikdir. Danışarkən diqqətli olmalıyıq".
Prezident bölgədəki bütün təzyiqlərə baxmayaraq, Türkiyə iqtisadiyyatının sabit formada inkişaf etdiyini və ötən il avtomobil satışının rekord həddə çatdığını qeyd edib.


AzNews.az